Avropa Liqasının "Qarabağ" - APOEL (2:2) matçından sonra keçirilən mətbuat konfransında xoşagəlməz anlar yaşanıb. CBC Sport-un əməkdaşı Nurlan Valehoğlunun Rəşad Sadıqovla bağlı verdiyi sual "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun xoşuna gəlməyib və o suala sərt reaksiya verib.